AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada miqrantlarla bağlı yeni qadağa tətbiq edildi - KİV

  • + A
  • - A
  • 17-10-2024, 23:50


    Rusiyada miqrantlarla bağlı yeni qadağa tətbiq edildi -


    Rusiyanın Kamçatka vilayətində yaşayan miqrantlarla bağlı yeni qadağa tətbiq edilir.

    Azadmedia.az xəbər verir ki, bununla bağlı vilayətin qubernatoru Vladimir Solodov qərar imzalayıb.

    Belə ki, 2025-ci ildə qüvvəyə minəcək qərara əsasən, miqrantlara uşaq və pəhriz qidaları, alkoqolsuz içkilər istehsal edən, təhlükəli tullantıların toplanması və emalı ilə məşğul olan müəssisələrdə, eləcə də turizm sektorunda, meşə ehtiyatları idarələrində, elektrik, qaz, su təchizatı qurumlarında çalışmaq qadağan olunub.

    Qeyd edək ki, bu, Rusiya ərazisində ilk qadağa deyil. Bundan əvvəl Omsk vilayətində miqrantlara 7 sahədə - nəqliyyat, təhsil, səhiyyə, ticarət, ovçuluq, dərman və qida istehsalı – işləmək qadağası qoyulub.

    Həmçinin bu tip qadağaların Rusiyanın digər vilayətlərində də tətbiqi gündəmdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR