ABŞ Prezidenti Co Bayden HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümü ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə yaxın vaxtlarda telefon danışığı aparacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin bəyanatında deyilir.
Belə ki, “Mən tezliklə Baş nazir Netanyahu və digər İsrail liderləri ilə danışacağam ki, onları təbrik edim, girovları ailələrinə qaytarmağın yollarını müzakirə edək və günahsız insanlara bu qədər dağıntı gətirən bu müharibəni birdəfəlik bitirək”, - deyə Bayden bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.