AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kobaxidze: Regionda əməkdaşlığımız sülh və sabitliyin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir

  • + A
  • - A
  • Bu gün, 14:52

    Kobaxidze: Regionda əməkdaşlığımız sülh və sabitliyin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir

    Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr ikitərəfli əməkdaşlığı dərinləşdirməlidir.

    Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

    "Regionda ölkələrimiz arasında əməkdaşlıq sülh və sabitliyin qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Biz bir-birimizin suverenliyini dəstəkləməyə davam edirik. Görüşdə region və dünyada cərəyan edən və mövqelərimizə təsir göstərən siyasi prosesləri müzakirə etdik, biz bütün çağırışların öhdəsindən birlikdə gəlməliyik", - Kobaxidze qeyd edib.

    Baş nazirin sözlərinə görə, Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin dərinləşdirilməsi prioritet təşkil edir.

    "Biz həmçinin üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazırıq", - o əlavə edib.

    Kobaxidze bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə ikitərəfli gündəliyə aid məsələlər, regional vəziyyət və qlobal məsələlər müzakirə olunub.

    "Əlbəttə ki, bütün bu proseslər regionumuza təsir göstərir", - deyən baş nazir Cənubi Qafqazda sülh və sabitliyin birgə səylərlə qorunmasına hazır olduqlarını qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR