AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvandakı Təpəbaşı məscidimizə qarşı vandallıq

  • + A
  • - A
  • Bu gün, 19:54

    "Ermənilər bilir ki, məscid müsəlmanlar üçün müqəddəs yerdir. Ona görə də bizim heysiyyatımıza toxunmaq üçün bilərəkdən və qəsdən bu cür addım atırlar" Bu fikirləri AzadMedia.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

    O, ermənilərin İrəvandakı Təpəbaşı məscidində xarici turistlərə spirtli içki təqdim edilməsini pisləyib və bildirib ki, bu cür hallar onların xislətindən xəbər verir:

    "Bu gün də eyni vəziyyət Ermənistan ərazisindədir. 300-dən artıq məscidimiz dağıdılıb, 500 qəbiristanlığımız məhv edilib.
    Ümumiyyətlə İrəvanda bir çox məscidlərimiz eyni taleyi yaşayır. Məsciddə spirtli içkinin içilməsi ermənilərin heç bir dini dəyərə hörmət etmədiyini göstərir"

    Təəssüflə qeyd etmək olar ki, beynəlxalq ictimaiyyət yenə də susqunluq nümayiş etdirir. Cəzasızlıq mühitində isə ermənilər rahatlıq tapdıqlarından vandal əməllər törətməkdə davam edirlər


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR