Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.
Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.