AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda evlənənlərlə boşananların sayı açıqlandı

  • + A
  • - A
  • 17-02-2025, 19:25

    Azərbaycanda evlənənlərlə boşananların sayı açıqlandı

    Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halı qeydə alınıb.

    Əhalinin hər 1000 nəfərinə nikahların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3-dən 4,9-a enib, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

    Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Dağlıq Şirvan (5,6), Qarabağ (5,5), Mil-Muğan (5,4), Lənkəran-Astara (5,1), Bakı şəhəri, Qazax-Tovuz və Şirvan-Salyan (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.

    Ötən il, həmçinin Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3 min 16 nəfər gələn, ölkədən isə 2 min 298 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 718 nəfər


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR