Fevralın 17-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı Peşə Məktəbinin birgə təşkilatçılığı ilə mərkəzdə Xocalı faciəsinin il dönümü ilə əlaqədar "Qisası alınan doğma yurdum" adlı tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların kollektivi və tələbələr iştirak edib.
Əvvəlcə faciə qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edənlər: mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə, adı çəkilən təhsil ocağının direktoru Ruslan Ataşlı xalqımıza qarşı törədilən amansız qətliam haqqında geniş məlumat veriblər. Çıxışçılar insan təfəkkürünə sığmayan dəhşətli faktlardan söz açaraq qeyd ediblərki, bu gün biz qalib xalq olaraq çox böyük qürur hissi keçiririk, biz bu gün rahat bir şəkildə illərlə yağı tapdağında olan doğma yurdumuza rahatca ayaq basa bilirik və Azərbaycan gənci daima bu faktları bilməli, həmçinin bütün dünyaya təbliğatını aparmalıdır. Daha sonra faciədən bəhs edən "Xocalı haqqı" filmi nümayiş olunub. Son olaraq mövzuya həsr olunan "Unudulmayan Xocalı" adlı sərgi, o cümlədən mərkəzdə mövcud olan digər sərgi və eksponatlarla tanışlıq olub.