AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Evlərinə balaca şokolad aparanda utanırdılar"

  • + A
  • - A
  • Bu gün, 07:03

    "Evlərinə balaca şokolad aparanda utanırdılar"

    "Azərbaycan musiqisi satılır. Ən pisi budur. Bir musiqi yaranır və ona qonorar verilirsə, Azərbaycan musiqisi deyil".

    Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Özəl" verilişində deyib. Müğənni bəstələrin pulla satılmasını tənqid edib:

    "Gecə-gündüz Ramiz Mirişli, Şəfiqə Axundova və digər böyük sənətkarlarımız gecədən səhərə qədər bəstələr yaradırdılar. Onlar hər müğənninin səsinə mahnı yazırdılar. Onların evlərinə balaca şokolad aparanda utanırdılar. Ona görə də o vaxt musiqinin dəyəri var idi. Pul qazanmaq olar, amma düzgün təqdimatdan sonra. 3-5 manat arxasınca qaçmaq da düzgün deyil. Get xarici ölkələrdə konsertlər ver, sonra gör nələr qazanırsan". /Axşam.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR