Bakı, 24 dekabr, 2024 — Azadmedia.az
Azadmedia.az xəbər verir ki, Masallı PFK-nın mətbuat katibi Ülkər Piriyeva, klubun rəhbəri Mirələm Həşimov və klub heyəti adından AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar xalqımıza başsağlığı verib.
Masallı PFK-nın mətbuat katibi Ülkər Piriyeva bildirib ki,
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlərin ailələrinə, yaxınlarına həmçinin vəfat edənlər arasında Bakının “Gənclik” futbol klubunun üzvü 13 yaşlı Məhəmmədəli Eqanovun ailəsinə dərin hüznlə başsağlığı veririk.
O həmçinin, yaralıların tezliklə sağalmalarını diləyib.
Allah rəhmət eləsin!
Masallı PFK
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.