AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Danimarkanın Baş naziri ölkənin Fransanın nüvə qüvvələri tərəfindən müdafiəsi imkanlarını istisna etmir

  • + A
  • - A
  • 6-03-2025, 18:31

    Danimarkanın Baş naziri ölkənin Fransanın nüvə qüvvələri tərəfindən müdafiəsi imkanlarını istisna etmir


    Avropa İttifaqı (Aİ) ölkələri Fransa Prezidenti Emmanuel Makronun Avropa ölkələrinin Fransanın nüvə qüvvələrinin himayəsi altına alınması təşəbbüsünü müzakirə etməlidir.

    Bunu Danimarkanın baş naziri Mette Frederiksen Aİ-nin Brüssel sammiti ərəfəsində bildirib.

    "Hər şey müzakirəyə hazırdır. Bütün yaxşı ideyalar müzakirənin bir hissəsi olmalıdır", - o qeyd edib.

    Bundan əvvəl Makron həmvətənlərinə müraciətində Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merzin çağırışından sonra müttəfiqləri ilə Avropa ölkələrinin Fransanın nüvə çəkindirmə qüvvələrinin himayəsi altına qəbul edilməsinin mümkünlüyü ilə bağlı müzakirələrə başlayacağını deyib.

    Bundan əlavə, Fransa Prezidenti Avropa və respublika üçün təhdidlərin artmasından danışıb. Makron Parisin müdafiə xərclərinin daha əvvəl təsdiq edilmiş plandan daha çox artırılması zəruriliyini belə əsaslandırıb. O, həmçinin Rusiya ilə münaqişədə Ukraynaya dəstəyi davam etdirmək niyyətində olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR