AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Nəqliyyat Nazirliyi: PUA hücumları zamanı 83 təyyarə ehtiyat aerodromlara yönəlib

  • + A
  • - A
  • 11-03-2025, 18:28

    Rusiya Nəqliyyat Nazirliyi: PUA hücumları zamanı 83 təyyarə ehtiyat aerodromlara yönəlib

    Səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 83 təyyarə ehtiyat aerodromlara yönəlib.

    Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

    "Hazırda bütün hava limanları normal rejimdə işləyir, ciddi uçuş sıxlığının yaranmasının qarşısı alınıb", - qurumdan bildirilib.

    Nazirlik, həmçinin aviaşirkətləri çağrı mərkəzlərinin işini gücləndirməyə və sərnişinləri cədvəldəki dəyişikliklər barədə operativ məlumatlandırmağa çağırıb.

    Qeyd edək ki, ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin regionları üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatını (PUA) vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR