AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QƏZZA ZOLAĞI İNTENSİV BOMBALANIR

  • + A
  • - A
  • 2-04-2025, 12:02

    QƏZZA ZOLAĞI İNTENSİV BOMBALANIR

    İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə hücumları intensivləşdirib.

    Səhiyyə mənbələrindən alınan məlumata görə Deyr əl-Bələh, Xan Yunis, Rəfaha edilən hücumlar nəticəsində aralarında uşaqların da olduğu 23 fələstinli həyatını itirib.

    Xeyli sayda yaralıların olduğu deyilir.
    Xatırladaq ki yanvarın 19-da qüvvəyə minən atəşkəs İsrail ordusu tərəfindən martın 18-də pozulub. Həmin vaxtdan etibarən Qəzza intensiv hücumlara məruz qalır.

    Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi son açıqlamaya görə, əksəriyyəti yaşlı, qadın və uşaq olmaqla 1042-dən çox fələstinli həyatını itirib
    İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 50 min 399-a, yaralıların sayı isə 114 min 583-ə yüksəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR