AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİV: DOGE USAID-in əməkdaşlarına işdən çıxarılma ilə bağlı səhv sənədlər göndərib

  • + A
  • - A
  • 3-04-2025, 15:01

    KİV: DOGE USAID-in əməkdaşlarına işdən çıxarılma ilə bağlı səhv sənədlər göndərib

    Amerikalı milyarder İlon Maskın Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) komandası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarına işdən çıxarılma ilə bağlı səhvlərin yer aldığı bildirişlər göndərib.

    Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

    Agentlik bildirib ki, işdən çıxarılan işçilərin pensiya və əməkhaqqı ödənişləri ilə bağlı problemlərin qarşısını almaq üçün DOGE-nin əməkdaşları bildirişləri yenidən tərtib etməli olacaqlar. Mənbələrin sözlərinə görə, əgər səhvlər düzəldilməsə, bu, pensiyaların azaldılmasına və ya ləğvinə, həmçinin işdən çıxarılma zamanı ödənişlərin məbləğinin qeyri-dəqiq olmasına səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR