Politoloq Ülkər Piriyeva - “Akademik Zərifə xanım Əliyeva – Gözlərin Elmi və Qəlblərin Nuruna Çevrilən İsim”
Politoloq Ülkər Piriyeva
Bakı, 15 aprel — Azadmedia.az
“Akademik Zərifə Əliyeva – Gözlərin Elmi və Qəlblərin Nuruna Çevrilən İsim”
Dünya elmində bəzi adlar var ki, onlar təkcə texniki nailiyyətlərlə deyil, insana olan münasibətləri, insanlıq qarşısında daşıdıqları məsuliyyətlə yadda qalır. Zərifə Əliyeva – bu ad sadəcə bir alim, akademik və oftalmoloq deyil. Bu ad – vicdanın, zərifliyin, intellektin və ruh yüksəkliyinin bir simvoludur.
Göz həkimi idi.. Bəli, amma yalnız gözləri deyil, insanların həyatını aydınlaşdıran bir nur idi Zərifə xanım. Onun üçün tibb – sadəcə bir peşə deyildi. Tibb – insan qəlbinə uzanan bir körpü, şəfqətin elmi adı idi. O, bu körpünü qurdu – hər xəstəyə, hər tələbəyə, hər insana öz iç dünyasından bir parça verərək.
Elmə Qadın Əli Dəyəndə… Oftalmologiya onunla təzələndi. Göz anatomiyası və patalogiyasına dair apardığı elmi tədqiqatlar təkcə Azərbaycan üçün deyil, bütün Sovet məkanında yenilik sayıldı. Amma onun elmi dili belə isti idi, sanki soyuq laboratoriya divarlarında deyil, ana nəvazişi ilə yazılmışdı. Elmi əsərləri – bir qadının ürəyi ilə toxunmuş, bir alim zəkası ilə bəzənmiş mətinlər idi.
Zərifə Əliyeva öz sahəsinin yalnız ustası yox, eyni zamanda müəllimi idi. Onun yetirmələri indi ölkənin müxtəlif yerlərində insanlara işıq bəxş edirlər. Amma heç biri unutmur – o baxışları, sakit səsi, əlini xəstənin çiyninə qoyaraq “Narahat olma, düzələcək” deməsini.
Zəriflik Tək Adında Yox, Ruhunda da Vardı.. Onun adı “Zərifə” idi. Bəli, bu ad ona sadəcə doğularkən verilməmişdi – bu ad sanki onun varlığından doğulmuşdu. Ətrafındakıları incidəcək bir sözə rast gəlmək mümkün deyildi. Çətin anlarda belə, hər şeyi anlayan bir baxış, insanı sakitləşdirən bir sükutla danışardı. Onun davranışı, yerişi, gülüşü – hər detalı Azərbaycan ziyalılığının simfoniyası idi.
Ana, Həyat Yoldaşı, İnam Simvolu… Ən çətin elmi konfranslardan sonra belə evinə dönərkən bir ana idi – isti yeməyi, yorğun övladını gözləyən bir ürək. Həyat yoldaşı Heydər Əliyevlə münasibəti – sevginin, qarşılıqlı hörmətin, dərin intellektual bağların mükəmməl nümunəsi idi.
Zərifə Əliyeva Azərbaycanın ən çətin dönəmlərində belə öz mövqeyindən, müdrikliyindən və sakit gücündən dönmədi. Onun həyat tərzi, seçimi, davranışları gənc qadınlara nümunə oldu – elmə gedən yolun gözəlliklə, zəhmətlə, səbrlə bəzənə biləcəyini sübut etdi.
Bitməyən İşıq… O, artıq bu dünyada deyil, amma onun baxışları, onun səsi, onun varlığı – bu xalqın tarixində, tibb elminin salnaməsində yaşayır. Akademik Zərifə Əliyeva – bir elm fənnindən daha böyükdür. O – bir həyat fəlsəfəsidir. O – hər bir həkimin içindəki vicdan səsi, hər bir qadının içindəki güc və hər bir insanın içindəki işıqdır.
Ülkər Piriyeva
Politoloq/Jurnalist
Berkin Azərbaycan şirkətinin direktoru