AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah 27 dərəcə isti olacaq

  • + A
  • - A
  • 21-04-2025, 14:20

    Sabah 27 dərəcə isti olacaq

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

    Aprelin 22-də Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun gecə 10-13, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət  isə gecə 65-70%, gündüz 50-60% təşkil edəcək. 

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR