Neft bazarında qiymətlərin aşağı düşməsi bazar ertəsi sürətlənib.
Neft qiymətləri 2 %-dən çox aşağı düşüb.
Bakı vaxtı ilə saat 14:50-yə olan məlumata əsasən, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 1 barel üçün 66,34 ABŞ dolları təşkil edib. Bu, əvvəlki ticarətin bağlanışından 1,62 ABŞ dolları (2,38 %) azdır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin iyun fyuçerslərinin qiyməti bu vaxta qədər 1,59 ABŞ dolları (2,48 %) azalaraq 1 barel üçün 62,42 ABŞ dolları təşkil edib.
Ticarət müharibəsi nəticəsində dünya iqtisadiyyatının vəziyyətinin potensial pisləşməsi ilə bağlı treyderlər arasında narahatlıq bazara təzyiq göstərməyə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.