AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev: Qazaxıstan ölkədə sülh və həmrəyliyə qarşı yönəlmiş hər hansı təxribatın qarşısını sərt şəkildə alacaq

  • + A
  • - A
  • 24-04-2025, 12:18

    Tokayev: Qazaxıstan ölkədə sülh və həmrəyliyə qarşı yönəlmiş hər hansı təxribatın qarşısını sərt şəkildə alacaq

    Qazaxıstan ölkədə etnik qruplar arasında həmrəyliyi və sülhü pozmağa yönəlmiş hər hansı təxribat və böhtanların qarşısını sərt şəkildə alacaq.

    “Report”un Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında bəyan edib.

    K.Tokayev qeyd edib ki, bəzi "insan hüquqları təşkilatları, bloggerlər və jurnalistlər özlərini söz azadlığının müdafiəçiləri" kimi təqdim edərək, ölkədəki hər şeydə mənfi siyasi motivlər axtarmağa çalışırlar, əslində təxribatlar törədirlər.

    "Qanun qarşısında hamı bərabərdir. Buna görə də biz ölkəmizdə etniklərarası həmrəyliyi və sülhü pozmağa yönəlmiş hər hansı təxribat və böhtanların qarşısını sərt şəkildə almağa davam edəcəyik", - o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR