AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin qərbində zəlzələ olub

  • + A
  • - A
  • 25-04-2025, 08:45

    Türkiyənin qərbində zəlzələ olub

    Türkiyənin Qərbindəki Kütahya şəhərində 4,5 maqnitudalı zəlzələ olub.

    Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub. Yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23 – red.) qeydə alınmış zəlzələnin ocağı 8,81 km dərinlikdə olub.

    Tələfat və dağıntı barədə məlumat verilməyib.

    Xatırladaq ki, daha əvvəl AFAD Mərmərə dənizində baş vermiş güclü zəlzələ ilə əlaqədar 291 afterşokun qeydə alındığına dair bəyanat yaymışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR