“Bilim Maarif” atelyesinin açılış mərasimi gerçəkləşib - Özəl
Bakı, 14 may — Azadmedia.az
Türkiyə Maarif Vəqfi və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) birgə əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu, həmçinin elm və texnologiya sahəsində fəaliyyət göstərən digər nüfuzlu qonaqlar iştirak ediblər.
“Bilim Maarif” atelyesi gənclərin texnoloji biliklərini inkişaf etdirmək və innovativ düşüncə tərzini təşviq etmək məqsədi daşıyır. Atelye müasir avadanlıqlarla təchiz olunub və şagirdlərə robototexnika, proqramlaşdırma və süni intellekt sahələrində təcrübə qazanmaq imkanı yaradacaq.