AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb

  • + A
  • - A
  • 20-05-2025, 19:00

    Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb

    Böyük Britaniya İsrail Ordusunun Qəzza zolağında həyata keçirdiyi yeni əməliyyat səbəbindən bu ölkə ilə azad ticarət sazişinin bağlanması ilə bağlı danışıqları dayandırıb.

    Bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Devid Lemmi bildirib.

    Onun sözlərinə görə, London bu addımı İsrailin Baş naziri Benyamin Netanyahunun humanitar yardımın çatdırılmasını əngəlləməsi və anklavda hərbi əməliyyatları genişləndirməsi ilə əlaqədar atıb.

    Lemmi əlavə edib ki, İsrail səfiri Tsipi Hotoveli Britaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

    Daha əvvəl Netanyahu bəyan etmişdi ki, İsrail Qəzza zolağının bütün ərazisinə nəzarət edəcək və HƏMAS-ın humanitar yardımı talamasına imkan verməyəcək.

    Qeyd edək ki, myın 18-də İsrail Ordusu Qəzza zolağında “Gideonun arabaları” kod adlı genişmiqyaslı quru əməliyyatlarına başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR