AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa və Ukrayna regional siyasətlə bağlı saziş imzalayıb

  • + A
  • - A
  • 21-05-2025, 14:39

    Polşa və Ukrayna regional siyasətlə bağlı saziş imzalayıb

    Polşa və Ukrayna regional siyasət sahəsində təcrübə mübadiləsini nəzərdə tutan saziş imzalayıb.

    Bu barədə Polşanın regional siyasət naziri Katajina Pelçinskaya-Nalença bildirib.

    "Bu, Ukraynanın müharibədən sonrakı bərpasını və gələcəkdə Avropa İttifaqı strukturlarına qoşulmasını dəstəkləyəcək", - o qeyd edib.

    Ukrayna tərəfi regional səviyyədə və iqtisadi missiyalar vasitəsilə həyata keçirilən yenidənqurma və modernləşdirilmə prosesində iştirak etmək istəyən Polşa şirkətlərinə dəstəyini ifadə edib. Ukrayna mülki əhalinin müdafiəsi və regionların dayanıqlılığı üçün infrastrukturun qurulması sahəsində təcrübəsini bölüşəcək.

    İmzalanmış sazişə əsasən, Polşa tərəfi də müasir regional siyasət sahəsində öz təcrübəsini bölüşəcək və Aİ fondlarının idarə edilməsi, eləcə də milli, regional və yerli səviyyələrdə sərmayə qoyuluşu üçün səmərəli sistemin hazırlanmasına kömək edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR