AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sədr vəzifəsini itirdilər

  • + A
  • - A
  • 3-06-2025, 19:30


    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilib. O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.

    İlqar Quliyev sədr vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.

    Bundan başqa, Toğrul Məmmədov da Goranboy Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR