AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər

  • + A
  • - A
  • 12-06-2025, 16:41

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər.

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    Bildirilib ki, Aparatın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.

    Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, repatriantların reabilitasiyası üzrə həyata keçirilən və planlaşdırılan tədbirlər barəsində məlumat əldə edilib. Görüş çərçivəsində repatriantların yaşayış şəraiti, psixoloji durumu və ehtiyacları qiymətləndirilib, onların hüquqlarının müdafiəsi, həmçinin sosial, səhiyyə, təhsil, məşğulluq və digər müvafiq dövlət xidmətlərindən istifadəsi ilə bağlı tövsiyələr verilib.

    Görüşdə repatriantlara Müvəkkilin fəaliyyət istiqamətləri və ona müraciət imkanları barədə ətraflı məlumat verilib.

    Qeyd edək ki, bu il iyunun 3-də 9-u uşaq olmaqla daha 13 Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəyə repatriasiyası həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR