AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda rusdilli məktəblər bağlanır?

  • + A
  • - A
  • 1-07-2025, 16:00

    Azərbaycanda rusdilli məktəblər bağlanır?

    Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia yayılıb. 

    Bununla bağlı məktəblərin vatsap qruplarına bildirişlər gəlib.

    Valideynlər bildiriblər ki, bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.

    Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir.

    İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.

    Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.(Oxu)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR