Türkiyənin İstanbul şəhərində meşə yanğınları səbəbindən fişəng və digər tez alışan pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib.
Bu barədə İstanbul valiliyi məlumat yayıb.
Bildirilib ki, qadağa üç ay müddətinə qüvvədə olacaq.
"Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində meşəlik ərazilərə girişlər iyunun 23-dən oktyabrın 15-dək qadağan edilmişdi. Bu tədbirə əlavə olaraq, İstanbul ərazisində fişəng, siqnal fişəngi, məşəl və digər partlayıcı-yanıcı maddələrin satışı və istifadəsi 2025-ci il iyulun 29-dan oktyabrın 28-dək qadağan olunub", - məlumatda vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, qadağaya əməl etməyən müəssisə və şəxslər barəsində hüquqi tədbirlər görüləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.