Putin və Zelenski iki həftəyə görüşür
Birləşmiş Ştatlar Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini ehtimal edir.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Protokol rəhbəri, diplomat Monika Krouli deyib.
"Beləliklə, prezidentlər Putin və Zelenski arasındakı bu ikitərəfli görüş yaxın iki həftə ərzində baş tuta bilər", - deyə o bildirib.
Dövlət Departamentinin rəsmisi bu görüşün harada keçirilə biləcəyini söyləməyib.