ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər ölkə hakimiyyəti "Baqram" aviabazasına nəzarəti ABŞ-yə qaytarmaqdan imtina edərsə, Əfqanıstan nəticələrlə üzləşəcək.
Bu barədə Amerika lideri "Truth Social"da yazıb.
"Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis nəsə baş verəcək", - Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.
Sentyabrın 19-da Tramp ABŞ rəsmilərinin Əfqanıstan nümayəndələri ilə hava bazası ilə bağlı məsələləri müzakirə etdiyini açıqlayıb. O, Vaşinqtonun obyektə nəzarəti bərpa etməyə cəhd etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.