AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur

  • + A
  • - A
  • Bu gün, 18:33

     

    Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur


    Getdiyi yeri dirçəltmək türklərin qədim adətidir.

    Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.

    O qeyd edib ki, bu həftə önəmli hadisə ilə diqqət çəkdi.

    "Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində liderlərin birgə şəkli hamımızı qürurlandırdı. Bizim adət-ənənəmiz getdiyimiz yeri bərpa və inşa etmək, getdiyimiz yerə sevinc qatmaqdır. Ən böyük sevinc isə mənəvi dinamika yaratmaqdır. Qardaş ölkələrin bir-birinə belə gözəl hədiyyələr verməsi əsl atalarımızın adətinə uyğundur. Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi bu mənada çox önəmlidir. Türk birliyi, bərabərliyi daimi olsun", - diplomat vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR