İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Əkrəm İmamoğlu, onun müşaviri Nəcatı Özkan və jurnalist Merdan Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs edilib.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində sözügedən şəxslərin ifadələri alınıb.
Onlar barəsində “siyasi casusluq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Qərarda qeyd olunur ki, Əkrəm İmamoğlunun rəhbərlik etdiyi iddia edilən cinayət təşkilatı prezidentliyə namizədlik üçün maliyyə toplamaq məqsədilə müxtəlif korrupsiya əməliyyatları həyata keçirib.
Bununla yanaşı, onların xarici dəstək qazanmaq üçün casusluq fəaliyyətlərinə də cəlb olunduqları iddia olunur.
Sənəddə bildirilir ki, İmamoğlu və Özkan 2019-cu il seçkilərində üstünlük əldə etmək məqsədilə bir çox seçicinin sosial media hesablarına və daxili yazışmalara qanunsuz şəkildə müdaxilə ediblər. Prokurorluğa görə, onlar İBB-yə aid məlumatları “Ostin” adlı onlayn platformaya ötürərək bu məlumatları xarici kəşfiyyat orqanlarının dəstəyi ilə təhlil etdiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.