AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Abşeron" MTK-nın sakinləri "Azəriqaz"ı məhkəməyə verəcək - ŞİKAYƏT

  • + A
  • - A
  • 13-03-2017, 14:11

    "Abşeron" MTK-nın sakinləri "Azəriqaz"ı məhkəməyə verəcək - ŞİKAYƏT
















    - "Abşeron" MTK-nın sakinləri "Azəriqaz"ı məhkəməyə verəcək. Bu barədə DİA.AZ-a sakinlərin özləri məlumat verib.

    Onların sözlərinə görə, qış girəndən nə evlərini isidə bilirlər, nə də yemək bişirə bilirlər. Sakinlər dia.az-a bildirir:

    "Dəfələrlə şikayət etmişik. Artıq Xırdalanda yerləşən, "Fresko"nun üstü olan "Abşeron" MTK-nın tikdiyi binanı "Azəriqaz"da tanımayan yoxdur. Amma nə fayda şikayətlər etsək də, kimsə problemi həll etmək istəmir.

    Davamlı olaraq qaz kəsilir. Qazın verilişi bərpa olunandan sonra isə əvəzində 2 saat hava verilir. Yəni bizim sayğaclar ən azından 1 manat havapulu yazır. Buna da dözürük. 1-2 saat keçəndən sonra qazın təzyiqi qəfil azalır, bir də görürsən qəfil artır. Nə kombi işlədə bilirik, nə də yemək bişirə. Binamızın sakinləri elə həddə çatıb ki, hətta yuyunmağa yaxın qohumların evlərinə, ya da pullu hamamlara gedirlər".

    Sakinlər dia.az-a bildirir ki, onlar bütün bunlarla bağlı artıq "Azəriqaz"a şikayət etməkdən yorulublar və məhkəməyə müraciət etmək istəyirlər:

    "Sənədləri hazırlayırıq. Əkbər Hacıyevi şəxsən məhkəməyə verəcəyik. Şünki günahkar özüdür. Mətbuat yazır ki, "Azəriqaz"da milyonlarla manat qaz itkisi var. Əkbər Hacıyev də bunun əvəzini bizdən çıxır. Havapulu yazmaqla, dövlətdən oğurladığı pulları silir".

    Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR