AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

  • + A
  • - A
  • Dünən, 17:15

    Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

    Ermənistanla Türkiyə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün sərhədin açılması ilə bağlı artıq əldə olunmuş razılaşmaların tezliklə icrası istiqamətində danışıqları davam etdirirlər.

    Bu barədə “Armenpress” Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadən məlumat yayıb.

    “Mən tarixlərlə bağlı heç nə deyə bilmərəm. Biz Türkiyə ilə əldə olunmuş razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik. Razılaşmaların mümkün qədər tez həyata keçirilməsi üçün Türkiyə tərəfi ilə danışıqları davam etdiririk”, – Qriqoryan qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR