Prezident Aprel qələbəsi ilə bağlı videoçarx paylaşdı — VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün facebook səhifəsində Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb.
Videoçarx “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” sözləri ilə paylaşılıb.
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.