AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

  • + A
  • - A
  • Bu gün, 13:56

    Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

    Bu gün Avropanın daha güclü liderə ehtiyacı var və bu, dünyanın yenidən formalaşması baxımından vacibdir.

    Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

    O bildirib ki, Avropa İttifaqı bölgədə baş verən hadisələrdə mühüm rol oynaya bilər:

    "Türkiyə ilə Avropa arasında əməkdaşlığın inkişaf etdirilməsi gözlənilir. Türkiyə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirir. Coğrafi baxımdan Türkiyə Avropa, Asiya və Afrikanın kəsişməsində yerləşir və bu böyük əməkdaşlıq çərçivəsində mühüm rol oynaya bilər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR