AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

  • + A
  • - A
  • 5-05-2026, 15:39

    Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

    Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

    Hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

    İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

    Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.(Report)

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR