AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gədəbəy rayonunda sənaye istehsalı artıb

  • + A
  • - A
  • Bu gün, 12:50

    Gədəbəy rayonunda sənaye istehsalı artıb

    Gədəbəy Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2026-cı ilin yanvar-mart aylarında rayonun sənaye sektorunda artım müşahidə olunmuşdur.

    2026-cı ilin yanvar-mart aylarında rayondakı sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən ümumilikdə 129413,1 min manatlıq məhsul və xidmət istehsal edilmişdir. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. Malların istehsalı və xidmətlərin göstərilməsinin 127392,4 min manatı qeyri-dövlət sektorunun payına düşmüş. Bu göstərici bir daha göstərir ki, rayon üzrə sənaye sektorunda qeyri-dövlət sektorunun rolu sürətlə artmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun 98,4 faizini təşkil etmişdir.

    Sənaye məhsulunun 93,3 faizi mədənçıxarma, 5,1 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

    Mədənçıxarma sahəsində istehsalın ümumi dəyəri 120805,8 min manat olmaqla, əvvəlki ilə nisbətən 2,4 dəfə artmışdır. Bu göstərici rayonun təbii ehtiyatlarının səmərəli istifadəsinin və sənaye aktivliyinin artmasının bariz nümunəsidir.


    Emal sənayesi sahəsində də artım tempi müşahidə olunmuşdur. 2026-cı ilin yanvar-mart aylarında 6586,6 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Rayon üzrə məhsul istehsalının ümumi həcmində 5,1 faiz təşkil etmiş və 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,3 faiz azalmışdır. İçki məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən artaraq 3542,9 min manat olmuş və emal sənayesi sektorunun 53,8 faizini təşkil etmişdir. Emal sektorunda içki məhsullarının istehsalı 59,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri isə 6,8 dəfə artmışdır, tikinti materiallarının istehsalı 57,3 faiz azalmışdır.

    Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində də müsbət dinamika vardır. Müəssisələr tərəfindən 2026-cı il yanvar-mart aylarında 1958,0 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmiş və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artmışdır.

    Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində istehsalın real həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz azalaraq 62,7 min manat təşkil etmişdir.

    Ümumilikdə, bu göstəricilər əsasında 2026-ci il yanvar-mart ayları ərzində rayonda sənaye istehsalının yüksəlişi, qeyri-dövlət sektorunun fəallaşması və iqtisadi artımın davam etməsi ilə yadda qalmışdır. Bu nəticələr rayon üzrə sənaye potensialının gücləndiyinin və inkişafının göstəricisidir.



    Gədəbəy rayon Statistika İdarəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR