AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

  • + A
  • - A
  • Bu gün, 10:17

    UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

    Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək.

    Həlledici görüşdə PSJ "Arsenal"la üz-üzə gələcək.

    Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik "Puşkaş Arena"da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı almaniyalı FİFA referisi Daniel Zibert idarə edəcək.

    PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edəcək. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın "Bavariya" komandasına (0:1) yenilən Fransa təmsilçisi ötən mövsüm "İnter"i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

    Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş "Arsenal" isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparacaq. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda "Barselona"ya (İspaniya) 1:2 hesabı ilə məğlub olmuşdu.

    PSJ və Arsenal UEFA turnirlərində ümumilikdə 8-ci dəfə üz-üzə gələcəklər. Buna qədər baş tutan 7 matçda komandalar hərəyə 2 qələbə qazanıblar. Qalan 3 görüş isə heç-heçə ilə nəticələnib.

    UEFA Çempionlar Liqası

    Final

    30 may

    20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

    Baş hakim: Daniel Zibert (Almaniya)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR