AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 10:49

    Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

    Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək.

    Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq.

    Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərin qonaqlarına Dənizkənarı Milli Parkda musiqi proqramı təqdim ediləcək.

    Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR