AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mələk Cahangirova Masallı Liqa Yarışında gümüş medala layiq görüldü

  • + A
  • - A
  • Bu gün, 22:34

    Mələk Cahangirova Masallı Liqa Yarışında gümüş medala layiq görüldü

    Masallıda keçirilən Taekvondo Liqa Yarışında "Pəncəli" Taekvondo Klubunun idmançıları uğurlu çıxış edərək müxtəlif əyarlı medallar qazanıblar. Yarışın diqqətçəkən nəticələrindən biri də klubun gənc idmançısı Cahangirova Mələyin qazandığı gümüş medal olub. Cənub zonasında qızların idmana marağı alqışalayiqdir.

    Mələk yarış boyunca əzmkar mübarizəsi, yüksək döyüş əzmi və inamlı çıxışı ilə fərqlənərək finala yüksəlib. O, gərgin keçən qarşılaşmalarda nümayiş etdirdiyi bacarıq sayəsində yarışın gümüş medalına sahib çıxıb.

    Bu uğur gənc idmançının zəhmətinin, məşqlərə məsuliyyətlə yanaşmasının və məşqçilərinin peşəkar əməyinin nəticəsidir. Mələyin qazandığı nailiyyət həm "Pəncəli" Taekvondo Klubunun, həm də Azərbaycan taekvondosu üçün sevindirici hadisədir.
    Masallı Liqa Yarışının nəticələrinə diqqət yetirsək görərik ki, "Pəncəli" Taekvondo Klubunun idmançıları yarışda uğurla çıxış edərək aşağıdakı nəticələri əldə etdilər:

    🥇 2 Qızıl medal
    🥈 4 Gümüş medal
    🥉 3 Bürünc medal

    Azadmedia.az kollektivi "Pəncəli" Taekvondo Klubunun
    idmançılarını təbrik edir, onlara gələcək yarışlarda daha böyük qələbələr və yeni zirvələr arzulayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR