Rusiya qoşunları ötən sutka ərzində Ukraynanın Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib.
Bu barədə vilayətin hərbi administrasiyalarının rəhbərləri Oleq Qriqorov, Aleksandr Qanja, İvan Fyodorov, həmçinin Xarkov Vilayət Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov məlumat verib.
Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Sumı vilayətində Rusiya qoşunları səhər saatlarında Burin icmasındakı fərdi yaşayış evinə reaktiv pilotsuz uçuş aparatları ilə iki zərbə endirib. Bina ciddi zədələnib, yanğın baş verib. 29 yaşlı qadın və onun 9 yaşlı oğlu həlak olub. Daha dörd nəfər xəsarət alıb, onlardan ikisi - həlak olan oğlanın atası və nənəsi ağır yanıq xəsarətləri ilə xəstəxanadaya yerləşdiriliblər.
Dnepropetrovsk vilayətinə endirilən 10-dan çox zərbə nəticəsində 4 nəfər, o cümlədən 14 yaşlı qız və 16 yaşlı gənc xəsarət alıb. Kənd təsərrüfatı müəssisəsi, fərdi ev və avtomobillər zədələnib.
Xarkov vilayətində Rusiya qoşunları sutka ərzində Xarkova və 16 yaşayış məntəqəsinə zərbələr endirib. Beş nəfər xəsarət alıb.
Zaporojye vilayətində iki nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.