AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

  • + A
  • - A
  • Bu gün, 11:56

    Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir


    İqlim proqramlarının maliyyələşdirilməsi planları konkret layihələrə və dayanıqlı infrastruktura çevirməyə imkan verərək, iqlim tədbirlərinin həyata keçirilməsinin əsas şərti olub.

    Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) iştirakçılarına videomüraciətində bildirib.

    O qeyd edib ki, Azərbaycanda keçirilən COP29-da ölkələr iqlim maliyyələşdirməsi sahəsində əhəmiyyətli irəliləyişə nail ola biliblər:

    "Bütün iştirakçılara 2035-ci ilə qədər iqlim maliyyəsini hər il ən azı 1,3 trilyon dollara qədər artırmaq çağırışı ilə yanaşı, iqlim maliyyəsi sahəsində yeni qlobal məqsəd – 2035-ci ilə qədər ildə 300 milyard dolların ayrılması razılaşdırılıb".

    S.Stil sözlərinə görə, həmin vaxt iqlim maliyyələşdirilməsinin 2035-ci ilə qədər ildə 1,3 trilyon dollara qədər artırılmasına yönəlmiş "Bakıdan Belenə Yol Xəritəsi" işə salınmışdı: "Maliyyələşdirmə planları layihələrə, investisiya portfellərini isə elektrik şəbəkələrinə, dayanıqlı infrastruktura, erkən xəbərdarlıq sistemlərinə, daha təmiz nəqliyyata, daha dayanıqlı ərzaq sistemlərinə və təhlükəsiz icmalara çevirir".

    O bildirib ki, "təmiz enerji"yə yatırılan investisiyalar artıq ildə 2 trilyon dolları ötür, bərpa olunan enerji mənbələri isə kömürü geridə qoyaraq dünyada ən böyük elektrik enerjisi mənbəyinə çevrilib.

    S.Stilin sözlərinə görə, iqlim tədbirləri enerji təchizatının etibarlılığının artırılmasına, havanın keyfiyyətinin və əhalinin sağlamlığının yaxşılaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və iqlim fəlakətlərinə qarşı dayanıqlığın gücləndirilməsinə töhfə verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR