AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Horadiz şəhərində Zəfər yürüşü

  • + A
  • - A
  • 6-04-2017, 12:44

    Horadiz şəhərində Zəfər yürüşü


















    Horadiz şəhərində 2016-ci ilin aprel döyüşlərinin il dönümü ilə əlaqədar zəfər yürüşü keçirildi. Tədbirdə RİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidə xidmət aparan hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştrak etdi. Yürüş 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin və ətraf ərazilərin ermənistan silahlı qüvvələrinin işğalından azad olunması uğrunda şəhid olmuş hərbiçilərin xatirəsinə ucaldılmış abidənin açılışı ilə başa çatdı. Tədbirə adları abidədə qeyd olunan, respublikanın müxtəlif regionlarında yaşayan 22 şəhid ailəsinin üzvləri dəvət olunmuşdur. Abidə Horadiz şəhərindən Lələtəpə yüksəkliyinə gedən avtomobil yolunun kənarında tikilmişdir. Ümumi ərazisi 1950 kvm-dir. Abidədə mərmər lövhələrdə 22 şəhid hərbiçinin o cümlədən 4 nəfər Füzuli rayonundan olan şəhid hərbiçinin şəkilləri və onlar haqqında məlumat asılmışdır. Ərazidə qızıl gül kolları, xarici ölkələrdən gətirilmiş müxtəlif ağaclar əkilmişdir. Müasir işıqlandırma sistemi qurulmuş, abidənin ətrafında abadlıq işləri aparılmışdır. Abidə RİH-nin daxili imkanları hesabına tikilmişdir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR