AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI — Jurnalistlərin uydurmasıdır

  • + A
  • - A
  • 16-01-2020, 12:46

    Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI — Jurnalistlərin uydurmasıdır

    Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev həyat yoldaşının Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi məsələsinə aydınlıq gətirib.

    Ölkə.az”-ın əməkdaşı ilə söhbətində o, bunun jurnalistlərin uydurması olduğunu bildirib.

    “Belə bir məsələ yoxdur. Biz heç yerə ev üçün müraciət etməmişik. Bu, bəzi jurnalistlərin uydurub yazdığı xəbərdir”,- deyə Ş.Quliyev bildirib.

    Əməkdaşımızın “Gələcəkdə belə bir müraciət etmək fikriniz var?”,-sualına o, belə cavab verib:

    “Hələ ki belə bir fikrimiz yoxdur”.

    Daha sonra o, Bakıda ev olsa belə paytaxta köçmək fikirlərinin olmadığını da bildirib.

    Qeyd edək ki, bir neçə gün öncə Nərminin anası Aynurə İsmayılovanın News24.az saytına videomüsahibəsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya Bakıda mənzil üçün müraciət etməsi böyük rezonansa səbəb olub. 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR