AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Murad Arifə vəzifə verildi - AÇIQLAMA

  • + A
  • - A
  • 2-06-2020, 06:42

    Murad Arifə vəzifə verildi - AÇIQLAMA

    Bəstəkar-müğənni Murad Arifə yüksək vəzifə verilib.

    Axşam.az saytında sənətçinin “MTV Azərbaycan” telekanalının musiqi departamentinin direktoru vəzifəsinə təyin edildiyi barədə məlumat dərc olunub.

    Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı M.Ariflə əlaqə saxlayıb.

    “Sözügedən kanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm”.

    O, həmçinin, “YouTube”da məşhurlaşmış “Popumuz var” layihəsinin “İctimai Televiziya”da yayımlanacağını bildirib:

    “Bu layihəm iyun ayından “İctimai Televiziya”da efirə çıxacaq. İlk qonağım isə Xalq artisti Aygün Kazımova olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR