AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hər kəsin karantin qaydalarına əməl etməsi günün tələbidir

  • + A
  • - A
  • 5-06-2020, 09:31

    Hər kəsin karantin qaydalarına əməl etməsi  günün tələbidir
    Hal-hazırda ölkəmizin bütün ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində əksər dövlət qurumlarının həyata keçirilən mübarizə tədbirlərinə səfərbər olunmaları, artıq öz nəticəsini göstərməkdədir. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən ölkə ərazisində mövcud durumun gündəlik təhlil olunması və əldə olunan nəticəyə əsasən xüsusi karantin rejiminin Bakıda, Sumqayıtda, Abşeronda, Gəncədə və Lənkəranda may ayının 14-ə kimi uzadılması səbəbindən, yaşı 65-dən yuxarı olan insanların evdən çıxmaları bir daha qadağan olundu, digər yaş həddində olanların hərəkətlərinə isə müəyyən məhdudiyyətlər qoyuldu. Sözsüz ki, aidiyyatı dövlət qurumları tərəfindən bu yöndə atılan addımların kökündə hər bir şəxsin sağlamlığını təmin etmək, koronavirus infeksiyasına yoluxma riski yüksək olan insanları pandemiyadan xilas etmək durur. Ölkəmizin ərazisində belə bir ümumbəşəri bəlanın yayılmağa başladığı ilk vaxtlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər olunmaqla gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan insanlara evlərində gündəlik sosial xidmətlər göstərilməyə başlanıldı. Koronavirus pandemiyasının ölkəmizin ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən, cənab Prezident xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd etdi, onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırdı, könüllülərimizin də belə bir işlərə qoşulmalı olduqlarını bildirdi. Ölkə rəhbəri tərəfindən verlmiş belə bir tapşırıqdan sonra o da bəlli oldu ki, yaşı 65-dən yuxarı olub tənha yaşayan və ölkə üzrə 10 mindən çox olan vətəndaşa evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilməyə başlanılıb.

    Onu da unutmayaq ki, cənab İlham Əliyevin birbaşa nəzarəti altında indiyə kimi ölkəmizin koronavirus təhlükəsinə qarşı gördüyü tədbirlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanıb. Bu gün də ölkə başçısının tapşırığı ilə atılan addımlar, yəni virusun yayılmaması üçün görülən önləyici tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilməkdədir. Fakt budur ki, adı çəkilən bu qurumun ölkəmizdəki nümayəndəsi Hande Harmancı, Azərbaycan Respublikasının həyata keçirdiyi mübarizə tədbirlərini lazımınca dəyərləndirir. O halın varlığını da qeyd etmək yerinə düşər ki, virusla əlaqədar aparılan mübarizə tədbirlərinə ÜST tərəfindən verilən qiymət, görülən işlər, epidemiya ilə bağlı hazırkı vəziyyət və s. onu söyləməyə əsas verir ki, Azərbaycan Respublikası belə bir ümumbəşəri bəladan daha az itgi ilə xilas olan yeganə dövlət olacaq.

    Bugünkü ümumi müşahidələrimiz onu söyləməyə əsas verir ki, “Evdə qal” kompaniyası çərçivəsində polis əməkdaşları, hərbçilər, hətta yol polisi əməkdaşları da Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın çıxarmış olduğu qərarları əsas tutub üzərilərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirirlər. Bundan əlavə, adı çəkilən qurum əməkdaşları “Evdə qal” kompaniyası çərçivəsində hər bir sakinin xüsusi karantin rejiminin tələblərinə əməl etmələri üçün, onlar maarifləndirici təbliğat işlərini də həyata keçirirlər. Bu gün ölkəmizin bütün ərazisində koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirmək üçün lazımi əsaslar var. Belə ki, artıq hər bir ünvanda fəaliyyət göstərən apteklərdə “maska”, spirt, rezin əlcək problemi yoxdur. Bundan əlavə, o halın da şahidi olmaq mümkündür ki, hər bir yaşayış məntəqəsində mütəmadi genişmiqyaslı qabaqlayıcı tədbirlər həyata keçirilir. Ələlxüsus bu tədbirlər sırasında ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsinə xüsusi diqqət yetirilir. Hər kəs təsdiq edə bilər ki, bu gün də koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısını almaq məqsədilə, bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, fərdi yaşayış evlərinin ərazilərində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə daha ciddi addımlar atılmaqdadır.

    Onu da unutmaq olmaz ki, kütləvi tədbirlərin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarına tam şəkildə əməl olunur. Əslində belə bir addımların atılması cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə etdiyi çağırışa verilən dəstəkdir. Odur ki, bir millət vəkili olaraq atılan addımları alqışlayır və ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən üzüağ, alnıaçıq çıxacağına tam əminliyimi bildirirəm. O halın varlığını da qeyd etmək istəyirəm ki, cənab Prezidentin çağırışı və birbaşa nəzarəti altında ölkəmizin bütün ərazisində koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirləri, xalqımızın belə bir bəladan az itgi ilə xilas olmasına öz təsirini göstərəcək. Ona görə də, MM-in deputatı olaraq hər kəsə çağırışımı edib tövsiyyəmi bildirirəm ki, mümkün qədər karantin rejiminin tələblərinə hamılıqla əməl edək ki, dövlətimizi və xalqımızı daha tez bir zamanda belə bir bəladan xilas etmək mümkün olsun. Bundan əlavə, hökumətin bu yöndə gördüyü tədbirlərə hamılıqla dəstək olaq ki, cənab Prezidentin rəhbərliyi altında görülmüş bütün zəruri tədbirlər yaxın günlərdə öz nəticəsini versin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR