AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli

  • + A
  • - A
  • 5-06-2020, 15:27

    “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli


    "Son günlər 1993-cü ilin 4 iyun hadisələri ilə bağlı fərqli fikirlər, o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik".

    AzadMedia.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının 3-cü iclasında çıxış edən birinci vitse-spiker Əli Hüseynli deyib. O bildirib ki, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib:

    "Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Siyavuş bəy tamamilə düzgün söylədi ki, o zamankı hakimiyyətdə olan 17 nəfərin etdiyi tarixi həqiqət ondan ibarətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib. Ən əsası isə vətəndaş qarşıdurması yaranıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR