AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda polis əməkdaşlarına bıçaqla müqavimət göstərən şəxs haqqında cinayət işi açılıb - FOTO/VİDEO

  • + A
  • - A
  • 7-06-2020, 12:00

    Bakıda polis əməkdaşlarına bıçaqla müqavimət göstərən şəxs haqqında cinayət işi açılıb - FOTO/VİDEO

    Paytaxtın Xətai rayonunda xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

    Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirilərək polis bölməsinə gətirilib.

    E.Dadaşovun üzərindən bir ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb.
    Bakıda polis əməkdaşlarına bıçaqla müqavimət göstərən şəxs haqqında cinayət işi açılıb - FOTO/VİDEO



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR