AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda daha bir kənd polislər tərəfindən nəzarətə götürüldü

  • + A
  • - A
  • 8-06-2020, 18:52

    Azərbaycanda daha bir kənd polislər tərəfindən nəzarətə götürüldü

    İsmayıllı rayonunun Quşencə kəndində doqquz nəfər koronavirusa yoluxub. Onlardan səkkizi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Qobustan xəstəxanasında müalicə alır.

    Bu barədə Azvision.az-a Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev məlumat verib.

    Onun sözlərinə görə, bu yaxınlarda koronavirusdan ölən şəxs dəfn edilib:

    “İki qardaş vəfat edib. Onlar Bakıda yaşayıblar, əslən bizim kənddəndirlər. Valideynlərinin dediyinə görə, qardaşlardan biri koronavirusdan vəfat edib, digəri ağciyər xəstəsi olub. Vərəm dispanserində müalicə alırdı.

    Ölən şəxslərdən birinin 50 yaşı, digərinin isə 46 yaşı olub. Bir nəfər isə evində infarkt keçirib, xəstəxanaya aparıblar, amma həyatını xilas etmək mümkün olmayıb”.

    Y.Şirəliyev qeyd edib ki, kənd hazırda həm həkimlər, həm də polislər tərəfindən nəzarət altındadır.

    “Kənd əhalisinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Rayon rəhbərliyi tərəfindən ciddi nəzarət olunur. Obyektlər tez-tez dezinfeksiya edilir”.

    Yerli sakinlər isə bildirirlər ki, hər iki qardaş koronavirusdan vəfat edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR