AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirus ilə bağlı son məlumat - 5 NƏFƏR DƏ ÖLÜB

  • + A
  • - A
  • 12-06-2020, 22:00

    Azərbaycanda koronavirus ilə bağlı son məlumat - 5 NƏFƏR DƏ ÖLÜB

    Son 24 saatda Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 9 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.

    Son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb. Bununla da yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 368 min 254 test aparılıb.

    Xatırladaq ki, 11 iyunda 352 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR