AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Türkiyədən bu tankları alacaq və... – Moskvadan baxış

  • + A
  • - A
  • 13-06-2020, 19:00

    Bakı Türkiyədən bu tankları alacaq və... – Moskvadan baxış

    Hazırda Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin sayəsində ən müasir və effektiv ordulardan biridir. Özü də təkcə regionda deyil, dünyada... Amma necə deyərlər, silah heç vaxt artıq olmur. Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş Ermənistanın açıq-aydın düşmən davranışını nəzərə alsaq, silah satınalmaları bütün istiqamətlərdə davam etdirilməlidir.

    Bu sözləri Axar.az-a tanınmış rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib. O bildirib ki, ilk növbədə rabitə və avtomatlaşdırılmış idarə olunan qoşun vasitələrinin inkişafına diqqət yetirilməsi təqdirəlayiqdir:

    “Düşünürəm ki, burada İsrail və Fransa kimi ənənəvi tərəfdaşlar Azərbaycana kömək edə bilərlər. Bura hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi də aiddir. Yadda saxlamaq lazımdır ki, hava hücumundan keyfiyyətli qorunmanı təmin etməyənə qədər heç bir hücum uğurlu olmayacaq. Eyni zamanda, öz hava qüvvələrini və ilk növbədə taktiki zərbə aviasiyasını genişləndirmək prioritetdir. Həm pilotlu, həm də pilotsuz aparatlardan istifadə edərək, Azərbaycan Ordusu Qarabağda üstünlüyü tam təmin etmək üçün idarəolunan raketlər və bombalardan ibarət zərbə komplekslərini işə sala bilər. Bu komplekslərin arasında Bakının əldə edə biləcəyi Türkiyə istehsalı olan Bayraqdar-TB2-ni qeyd etmək olar, hansı ki, Suriyada Rusiya istehsalı Pansir-1S-ləri məhv etmişdi. Yüngül, çoxfunksiyalı helikopterlər və eləcə də yeni trendə çevrilən yüngül qırıcılara da ehtiyac duyulur. Məsələn, Türkiyə istehsalı olan Hürkuş-S. Bu qırıcı ilə Azərbaycan ordusu dağların arasında erməni yaraqlılarının kiçik qruplarını asanlıqla təqib və məhv edə biləcək”.

    Xlopotov qeyd etdi ki, Azərbaycanın arsenalında artıq Rusiya istehsalı olan TOC-1A kompleksləri var:

    “Ancaq onlar kifayət qədər ağır maşınlardır. Mənə elə gəlir ki, manevr və mobilliyi təmin etmək üçün Azərbaycana Rusiyanın yeni hərbi sənaye kompleksinə – onlar iyun ayının 24-də Moskvada paradda nümayiş olunacaq, - xüsusilə TOS-2-yə diqqət yetirməlidir. Düşmənin zirehli texnikasına qarşı mübarizə aparmaq üçün İsrail və Amerika istehsalı olan “Spayk” və “Javelin” raketləri də mühümdür. Azərbaycan Ordusu həm Rusiya, həm də başqa dövlətlərdən çox düzgün şəkildə silah nümunələri alır. Bu ənənəni davam etdirərək, Azərbaycan Silahlı Qüvvələri dost Türkiyədə istehsalı başlamış ən yeni "Altay" tankına diqqət yetirə bilər. Mənim fikrimcə, Azərbaycan bu proqramda iştirak edəcək və öz arsenalına yüzlərlə belə ən müasir və ən güclü tankları daxil edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR