AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO Türkiyəni belə mühasirəyə alır - Ekspert

  • + A
  • - A
  • 17-06-2020, 09:22

    NATO Türkiyəni belə mühasirəyə alır - Ekspert

    NATO-nun Şərqi Avropa planı yalnız Rusiyanı deyil, Türkiyənin də mühasirəsini nəzərdə tutur.

    AzadMedia.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Məhməd Perinçek deyib.

    “ABŞ bir tərəfdən Şərqi Avropanı və Rusiyanı, digər tərəfdən Türkiyəni mühasirəyə almaqdadır. Bu səbəbdən Türkiyənin vetosu sadəcə PKK-PYD kartını istifadə etməkdən ibarət deyil, özünün Qara dəniz və Ağ dəniz üzərində mühasirəyə alınmasının qarşısını almaqdır. Bu qərar eyni zamanda Rusiya ilə Türkiyənin bölgədə maraqlarının üst-üstə düşdüyünü göstərməkdir. Qarşıdakı günlərdə Türkiyənin alyans daxilində qalaraq müdafiə olunması mümkün olmayacaq. Üstəlik, NATO-dan təhdid alan Türkiyə təhlükəsizliyini NATO üzvü kimi təmin edə bilməyəcək”, - deyə ekspert bildirib.

    Qeyd edək ki, alman mediası Türkiyənin NATO-nun Rusiyanı hədəf alan Şərqi Avropa planına dəstək vermək üçün YPG (PYD) ilə bağlı müəyyən şərtlər irəli sürdüyünü iddia edib. Belə ki, Ankara YPG-nin mütləq şəkildə terror təşkilatı olaraq tanınmalı olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR